Buryatiyada canavara görə karantin elan edilib

Buryatiyada canavara görə karantin elan edilib backend

Buryatiyada quduz canavar səbəbiylə karantin tətbiq edilib.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, heyvan Burprirodnadzor əməkdaşları tərəfindən Unqurkui kəndindən dörd kilometr aralıda vurulub. Yırtıcının başı müayinə üçün baytarlıq laboratoriyasına göndərilib və orada quduzluq diaqnozu təsdiqlənib.

İlin əvvəlindən Buryatiyada, o cümlədən Tarbaqatay, İvolginski və Kyaxtinski rayonlarında quduzluğun daha dörd ocağı qeydə alınıb. 

Kurqan vilayətinin Petuxovski rayonunun sakinini parçalayaraq öldürən canavarın qalıqları əvvəllər “zombi virusu”nun yoxlanılması üçün göndərilib. Heyvanın biomaterialı bir ay müddətində tədqiq olunacaq. Şahidlərin dediklərinə görə, yırtıcıda "şüşə" gözlər və pozğun davranışlar müşahidə etdiyindən canavarda "zombi virusu" şübhəsi yaranıb.

QAZİLER.AZ

Diaspora