Ağdamda avtomobili ağaca çırpan vəzifəli şəxs hadisə yerində ölüb

Ağdamda avtomobili ağaca çırpan  vəzifəli şəxs hadisə yerində ölüb backend

Ağdamda icra nümayəndəsi yol qəzasında ölüb.

"Report"un məlumatına görə, gecə saat 1 radələrində 1985-ci il təvəllüdlü Ağdam rayon icra hakimiyyəti başçısının Əlimədətli kənd inzibati ərazi nümayəndəsi işləyən Cabbarov Fərrux Nazim oğlu Xındırıstan kəndi istiqamətində "Lada Priora" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək onu ağaca çırpıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Məlum olub ki, F.Cabbarov avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə edib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Diaspora