Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi ərazidə torpaq sürüşməsinin yeni görüntüləri ortaya çıxıb. Kadrlarda nəqliyyat vasitələrinin son anda torpaq altında qalmaqdan xilas olunması əks olunub.
Qeyd edək ki, təbii fəlakət dünən baş verib. Təxminən 10 milyon kubmetr torpaq sahəsi saniyədə 10 metr sürətlə 800 metr əraziyə yayılıb. İlkin məlumatlara görə, doqquz işçi itkin düşüb.
İşçilərin xilası üçün Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD), Türkiyə Silahlı Qüvvələri, Təhlükəsizlik Baş İdarəsi, mədənçilər və qeyri-hökumət təşkilatlarından ibarət ümumilikdə 827 şəxsi heyət axtarış-xilasetmə əməliyyatı həyata keçirir.
Sözügedən görüntüləri təqdim edirik:
Mənbə: Haber Global