Borrel: “Aİ Ermənistanla əlaqələri dərinləşdirmək niyyətindədir”

Borrel: “Aİ Ermənistanla əlaqələri dərinləşdirmək niyyətindədir” backend

Avropa İttifaqı və Ermənistan ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzərində işə başlamaq qərarına gəliblər.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

O, Ermənistanı Aİ ilə vizasız rejimə nail olmaq yolunda dialoqa başlamaq üçün islahatlar aparmağa çağırıb.

“Biz viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq variantlarını müzakirə etdik. Mən Ermənistanın buna böyük marağı olduğunu qeyd etdim və bu məsələdə prosesə nail olmaq üçün islahatlar həyata keçirməyə çağırdım”, - o deyib.

Borrel qeyd edib ki, Avropa İttifaqı yaxın gələcəkdə Ermənistanla təhlükəsizlik və müdafiə sahəsində əlaqələri də dərinləşdirmək niyyətindədir.(oxu.az)

Mənbə: TASS

Diaspora