Mingəçevirdəki qətllə bağlı cinayət işi başladı

Mingəçevirdəki qətllə bağlı cinayət işi başladı backend

Fevralın 10-da, saat 22 radələrində Mingəçevir şəhəri ərazisində 1983-cü il təvəllüdlü Aqil Əhmədovun ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

QAZILER.AZ  Axar.az-a istinaden verdiyi xebere gőre, bu barede Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.

İlkin araşdırma zamanı 1983-cü il təvəllüdlü Sadiq Yusifovun şəhərin Günəşli Bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində tanışı Aqil Əhmədova tir silahından açdığı atəş nəticəsində sonuncunun almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Diaspora