Astarada azyaşlı uşaq qızılcadan ölüb

Astarada azyaşlı uşaq qızılcadan ölüb backend

Astara rayonunda azyaşlı uşaq qızılcadan ölüb.

Qaziler.az “Report”-a istinadla xəbər verir ki, hadisə rayonun Maşxan kəndində baş verib.

Belə ki, kənd sakini - 2018-ci il təvəllüdlü Y.Ağamir oğlu Əliyevdə 4 gün əvvəl qızdırma olub. Valideynləri onu xəstəxanaya aparıb və müalicə təyin edilib. Buna baxmayaraq, uşağın hərarəti enməyib, əksinə, vəziyyəti daha da pisləşib. Dünən isə təcili yardım xidməti ilə uşaq yenidən xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Diaspora