Türkiyədə məhkəmə binasına silahlı hücum olub, ölənlərin sayı artıb - Yenilənib - FOTO

Türkiyədə məhkəmə binasına silahlı hücum olub, ölənlərin sayı artıb - Yenilənib - FOTO backend

Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə terror hücumu zamanı ölənlərin sayı artıb.

Məlumata görə, hadisə zamanı yaralanan daha bir nəfər həyatını itirib.

Həmçinin, hücumu təşkil edən DHKP/C terror təşkilatının üzvləri Pınar Birkoç və Emrah Yaylanın da fotoları yayılıb:

 

*****

13:32

Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Onun sözlərinə görə, hadisə zamanı 3-ü polis olmaqla 6 nəfər yaralanıb. Nazir qeyd edib ki, ölənlər hücum edən şəxslərdir.

Ə.Yerlikaya bildirib ki, hücum edənlərin DHKP/C terror təşkilatının üzvləri olduqları təsbit olunub.

Diaspora