Bakıda güclü partlayışda xəsarət alan şəxsin durumu AÇIQLANIB

Bakıda güclü partlayışda xəsarət alan şəxsin durumu  AÇIQLANIB backend

Bu gün saat 03:58 radələrində Yasamal rayonu, İnşaatçılar pr. 11B ünvanında baş vermiş partlayış nəticəsində xəsarət alan 1996-cı il təvəllüdlü şəxs (cinsi kişi) Klinik Tibbi Mərkəzin Təcili Tibbi Yardım şöbəsinə gətirilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ona döş və belin küt travması diaqnozu təyin edilib.

Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, İnşaatçılar prospektində yerləşən 422 saylı qazanxanada partlayış baş verib. Hadisə zamanı 1 nəfər xəsarət alıb, 10-dan çox minik avtomobilinə isə ziyan dəyib.

Diaspora