Üç yaşlı uşaq bir stəkan araqdan sonra komaya düşüb

Üç yaşlı uşaq bir stəkan araqdan sonra  komaya düşüb backend

Rusiyada Leninqrad vilayətinin Vıborq şəhərinin polisi üç yaşlı uşağın spirtdən zəhərlənməsinin səbəblərini araşdırır.

Qaziler.az xəbər verir ki, bu haqda “78.ru” portalı məlumat yayıb.

Qeyd edilib ki, anası uşağı rəfiqəsinin ad gününə özü ilə aparıb. Ziyafət zamanı uşaq stəkanları qarışdırıb və nəticədə spirtli içkini içib. İçkidən dərhal sonra uşaq özünü pis hiss edib, huşunu itirib və həkimlər gələnə kimi o, komaya düşüb.

Uşaq hazırda reanimasiyadadır. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Həkimlər hələ uşağın vəziyyəti ilə bağlı dəqiq diaqnoz qoya bilməyiblər.

QAZİLER.AZ

Diaspora