Tovuzda azyaşlı xəstəxanada qızılcadan ölüb - Yenilənib

Tovuzda azyaşlı xəstəxanada  qızılcadan ölüb - Yenilənib backend

Ötən gün saat 12:22 radələrində Tovuz rayonu Qədirli kənd sakini 2014-cü il təvəllüdlü Yusif Raul oğlu İsmayılov Tovuz Rayon Mərkəzi Xəstəxanasının (MRX) Təcili yardım şöbəsinə yerləşdirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəstə daxil olarkən vəziyyəti ağır olub.

Uşaq, həmçinin serebral iflic olub. Saat 13:20 radələrində Yoluxucu xəstəliklər şöbəsinə köçürülüb. Vəziyyəti ağırlaşdığına görə müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Bütün görülən tədbirlərə baxmayaraq, xəstə saat 14:50 radələrində ağırlaşmış qızılca və pnevmoniya səbəbindən dünyasını dəyişib.

 

*****

18:50

Tovuzda azyaşlı xəstəxanada ölüb.

APA-nın məlumatına görə, rayonun Qədirli kənd sakini, 2014-cü il təvəllüdlü Y.İ. fevralın 4-də Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Azyaşlı bu gün 16:00 radələrində xəstəxanada dünyasını dəyişib. Onun qızılcadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Diaspora