Tərtər rayon sakini minaya düşüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
DİN-in mətbuat xidmətinin regional qrupu da hadisə barədə məlumat yayıb. Qeyd olunub ki, fevralın 5-də saat 11:45 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
1966-ci il təvəllüdlü Məmmədov Azər Əhməd oğlu heyvan otararkən minaya düşüb. O ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib.
Araşdırma aparılır.