QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, Bakıdan qonaq gedən 1999-cu il təvəllüdlü Vüsal Quliyev xalası oğluna məxsus VAZ-21015 markalı minik avtomobilini idarə etməyə çalışarkən nəqliyyat vasitəsini su kanalına aşırıb.
Hadisə nəticəsində 25 yaşlı Vüsal Quliyev suda boğularaq ölüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb istintaq aparılır.