Bakının Sabunçu rayonunda ehtiyyatsızlıqdan iki nəfər zəhərlənib.
APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, hamam otağında olan 2010-cu il təvəllüdlü Vəfa Sadiq qızı Kərimova və 2009-cu il təvəllüdlü Xədicə Heydər qızı Murtuzova çimərkən dəm qazından zəhərləniblər.
Azyaşlılar yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, X.Murtuzovanın valideynləri uşağı qonşuya müvəqqəti baxmaq üçün veriblər.