Maksim Qalkin saxlanıldı

Maksim Qalkin saxlanıldı backend

Rusiyalı müğənni Maksim Qalkinin konsert verməyi planlaşdırdığı Bali adasına getməsinə icazə verilməyib.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Anna Monqayt özünün “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, Qalkin “Prekrasnoye nedaleko” adlı konsert turu çərçivəsində Balidə çıxış etməli idi. Amma sənətçinin qastrol vizası və sənədləri olmasına baxmayaraq, o, İndoneziyaya buraxılmayıb. Maksim Qalkinə onun pasportunun müəyyən qara siyahıda olduğu barədə məlumat verilib.

“Qalkin səbəbi izah edilmədən deportasiya edilib. Mənə verilən məlumata görə, o, hazırda Denpasar hava limanında Vyanaya (Qətər Hava Yolları ilə İndoneziyaya gəldiyi yerə) təyyarə reysi gözləyir”, - jurnalist qeyd edib.

Maksim Qalkinin Balidə çıxışı yanvarın 27-nə planlaşdırılırdı. Afişada göstərildiyi kimi, sənətçinin konsertinə biletin qiyməti 800 min İndoneziya rupisi (təxminən 86 manat) ilə 2,5 milyon rupi (təxminən 265 manat) arasında dəyişir.

 

 

Diaspora