Yanvarın 26-da axşam saatlarında Gürcüstanın Sameqrelo-Zemo Svaneti bölgəsinin Senaki şəhərində Gürcüstan Bankının filialı qarət olunub.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, banka daxil olan silahlı şəxs əməkdaşlara hədə-qorxu gələrək pul tələb edib. İstədiyi məbləği aldıqdan sonra cinayətkar bir nəfəri də girov götürərək, qaçmağa nail olub.
Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində polis həmin şəxsi saxlayıb, girov azad olunub. Pul və bıçaq da dəlil olaraq götürülüb.
Həmin şəxsi 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.