İkinci Dünya müharibəsinin iştirakçısı və veteranı Cəbrayıl Nəhmətov vəfat edib.
Bu barədə İqtisadiyyat.az-a mərhumun ailəsindən məlumat verilib.
Bildirilib ki, C.Nəhmətov ötən gün axşam saatlarında 101 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, C.Nəhmətov 1923-cü ilin mayın 23-də Astara rayonunun Şiyəkəran kəndində anadan olub. O, yaşadığı kəndin qəbiristanlığında dəfn edilib.
![](https://img.qaziler.az/gallery/2024/01/153114_65b37f3477d0c.jpg)