Ailə faciəsi: 2019-cu ilin ölkə birincisi olan tələbə qardaşı ilə birlikdə ölüb - YENİLƏNİB

Ailə faciəsi: 2019-cu ilin ölkə birincisi olan tələbə qardaşı ilə birlikdə ölüb -  YENİLƏNİB backend

ADA-nın tələbəsi, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənov yaşadığı mənzildə dəm qazından zəhərlənərək vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sərxanın qardaşı, 2001-ci il təvəllüdlü Əli Həsənov da onunla birgə mənzildə dəm qazından boğularaq ölüb.

Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

10:18

ADA Universitetinin tələbəsi dəm qazından boğularaq ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, 2019-cu ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olan, universitetin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Sərxan Həsənov bu gecə dəm qazından dünyasını dəyişib.

Diaspora