Moskvada 69 yaşlı təqaüdçü qadın elektrikli yorğanının altında isinmək istəyərkən yanaraq ölüb.
Qaziler.az xəbər verir ki, məlumatı “Mash” teleqram kanalı yayıb. Qeyd edilib ki, aparatda qısaqapanma baş verib və bu, yanğına səbəb olub.
Faciə Pravda küçəsindəki evlərdən birində baş verib. Təqaüdçünün qonşusu evdən tüstü çıxdığını görüb və xilasediciləri çağırıb.
Yanğınsöndürənlər yanan çarpayı və yorğanı söndürə bilsələr də, qadını xilas edə bilməyiblər. Onun bədənində yanıq xəsarətləri aşkar edilib. İlkin məlumata görə, ölümün səbəbi, dəm qazından zəhərlənmə olub, daha sonra yanğın baş verib.
QAZİLER.AZ