Çin və Qırğızıstan sərhədində 7 bal gücündə zəlzələ baş verib,
Qaziler.az xəbər verir ki, bununla bağlı Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzi öz “Telegram” kanalında paylaşım edib.
Zəlzələ Bakı vaxtı ilə saat 22:08-də qeydə alınıb.
Zəlzələnin episentri Çin və Qırğızıstanın sərhəd bölgəsində yerləşib. Dərinliyi 15 km olub.
Yeraltı təkanların episentri 602 km (Əndican rayonu) ilə 862 km (Daşkənd) aralığında yerləşən respublikanın bir sıra rayonlarında hiss olunub.
Yerli media zəlzələnin hətta Almatı və Bişkekdə də hiss olunduğunu qeyd edib. İnsanlar evlərini tərk edərək küçələrə axışıblar. Lakin ölən və yaralananlar barədə məlumat verilməyib.
QAZİLER.AZ