Partlayışda ölən daha üç nəfərin kimliyi bilindi - FOTO

Partlayışda ölən daha üç nəfərin kimliyi bilindi -  FOTO backend

Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışda həlak olan daha üç nəfərin kimliyi bilinib.

“Qafqazinfo”nun məlumatına görə, bunlar - Aydın Atakişiyev, Elvin Məmmədov və Fərid Qubadovdur.

A.Atakişiyev Quba, E.Məmmədov Saatlı, F.Qubadov isə Cəlilabad rayonundan olublar. Onların cəsədləri dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə nəticəsində son məlumata görə, 9 nəfər həlak olub. Onlardan birinin kimliyi müəyyən edilmişdi. Hazırda axtarış işləri davam edir.

Həlak olan şəxslərdən üçünün fotosunu təqdim edirik:

 

Aydın Atakişiyev

 

Fərid Qubadov

 

Elvin Məmmədov

Diaspora