İki gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən sexdəki partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 13 nəfərin müalicəsi davam etdirilir.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan doqquz nəfərdən üçünün vəziyyəti ağır stabil, altı nəfərin vəziyyəti isə orta ağır olaraq qalır.
Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə dörd nəfərin müalicəsi davam etdirilir. Onlardan birinin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir.