Sumqayıtda dəm qazından ölən və zəhərlənənlərin kimliyi məlum olub - YENİLƏNİB

Sumqayıtda dəm qazından ölən və zəhərlənənlərin kimliyi məlum olub -  YENİLƏNİB backend

Sumqayıtda dəm qazından ölən və zəhərlənən şəxslərin kimliyi məlum olub.

“Report” xəbər verir ki, ölən şəxs 1958-ci il təvəllüdlü Sabir Süleyman oğlu Kazımovdur.

Dəm qazından zəhərlənənlər isə 1958-ci ildə Müxlisə Hacı qızı Kazımova,1999-cu il təvəllüdlü İlahə Əmrah qızı Kazımova, 2020-ci il təvəllüdlü Aleyna Rahib qızı Kazımova və 2022-ci il təvəllüdlü Anuro Rahib qızı Kazımovadır.

18:41

Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin beş üzvünün zəhərlənməsi barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

Bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Məlumata görə, onlardan bir nəfərin 1958-ci il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.

İkisi böyük olmaqla - 1958, 1999-cu il (qadın cinsli) təvəllüdlü şəxslər karbon oksidin (dəm qazının) toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Eyni diaqnozla 2020, 2022-ci il təvəllüdlü azyaşlılar (qadın cinsli) isə Uşaq Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir.

17:52

Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

APA xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində baş verib.

Onlardan birinin öldüyü bildirilir.

Diaspora