Bakıda sexdəki partlayışda ölənlərdən biri Gürcüstan vətəndaşıdır

Bakıda sexdəki partlayışda ölənlərdən biri Gürcüstan vətəndaşıdır backend

Bakıda mebel sexində baş verən partlayışda ölənlərdən biri Gürcüstan vətəndaşıdır.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirlik mərhumun yaxınları ilə əlaqə saxlayır.

Ölən şəxsin adı açıqlanmayıb.

Xatırladaq ki, yanvarın 15-də Bakının Binəqədi rayonundakı sexdə baş verən partlayışda 7 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Diaspora