Azərbaycanda kişi buzlu yolda yıxılaraq ölüb

Azərbaycanda kişi buzlu yolda yıxılaraq ölüb backend

Biləsuvar rayon sakini buzlu yolda yıxılaraq dünyasını dəyişib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Məlumata görə, Biləsuvar şəhər sakini, 1958-ci il təvəllüdlü Cəmil Rəhimov piyada yolunda hərəkət edərkən buzlu yolda sürüşərək yıxılıb.

Baş nahiyəsindən ağır xəsarət alan C.Rəhimov xəstəxanaya çatdırılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Diaspora