Bakı-Qazax yolunda 10-dan çox nəqliyyat vasitəsi toqquşub - YENİLƏNİB

Bakı-Qazax yolunda 10-dan çox nəqliyyat vasitəsi toqquşub -  YENİLƏNİB backend

Bu gün saat 07:45 radələrində Bakı-Qazax yolunun 71-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə  Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

 

Qeyd edilib ki, 7 avtomobilin iştirakı ilə baş verən qəzada avtomobillərə ziyan dəyib.

 

İlkin olaraq "Mercedes" markalı avtomobil körpü üzərində maneəyə dəyib.

 

Ondan sonra gələn avtomobillər bir-biri ilə toqquşub.

 

***

 

08:18

 

Bakı-Qazax yolunda zəncirvarı qəza baş verib.

 

APA xəbər verir ki, hadisə yolun Ələt qəsəbəsindən keçən hissəsində baş verib.

 

10-dan çox avtomobil toqquşub.

 

Nəqliyyat vasitələri arasında bir avtobus, iki yük maşını, üç mikroavtobus və bir neçə minik maşını var.

Diaspora