Masallı sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında növbəti tədbir keçiriblər. Nəticədə Masallı rayon sakini əvvəllər məhkum olunmuş 45 yaşlı Ziya Ağayev saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Z.Ağayev odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.