Binədə bir ailənin 6 üzvü qidadan zəhərlənib, araşdırmalara başlanılıb - YENİLƏNİB

Binədə bir ailənin 6 üzvü qidadan zəhərlənib, araşdırmalara başlanılıb -  YENİLƏNİB backend

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

12.56

Bakının Xəzər rayonunun Binə qəsəbəsində bir ailənin 6 üzvü qidadan zəhərlənib.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 10:04 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qida zəhərlənməsi səbəbilə çağırış daxil olub.

Qeyd olunub ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və 6 nəfər müvafiq tibb müəssisəsinə hospitalizasiya edilib: "Onlardan 3 nəfər böyük (2-si qadın, 1-i kişi olmaqla) Sabunçu Tibb Mərkəzinə, digər 3 uşaq isə Mərkəzin nəzdində fəaliyyət göstərən Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri stabildir".

Diaspora