Bakı-Qazax yolunda sərnişin avtobusu yük maşını ilə toqquşub

Bakı-Qazax yolunda sərnişin avtobusu yük maşını ilə toqquşub backend

Bakı-Qazax yolunda yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə günorta saatlarında yolun, Ucar rayonunun Nüsüslü kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumatlarda “KamAZ” markalı yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə Ucar və Kürdəmir rayonlarından təcili yardım maşınları cəlb olunub.
Diaspora