Ermənistanda partiya sədri saxlanılıb, cinayət işi başlanıb

Ermənistanda partiya sədri saxlanılıb, cinayət işi başlanıb backend

Dekabrın 29-da Zvartnots hava limanında təhlükəsizlik əməkdaşları erməni biznesmen və siyasətçi, sabiq deputat “Vətənin Gücü” partiyasının hazırkı sədri 57 yaşlı Qavar sakini Tiqran Arzakantsyanı saxlayıblar.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bu barədə Shamshyan.com məlumat yayıb.

Həmin gün saat 07:30 radələrində İrəvan-Dubay reysi ilə uçan sərnişinlərdən biri T.Arzakantsyan olub, onun çantasında naməlum növ odlu silah üçün 16 patron aşkar edilib.

Sənədlər Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Zvartnots hava limanı idarəsində tərtib edilib, Ermənistan İstintaq Komitəsinin İstintaq İdarəsinə çatdırılıb. Cinayət işi başlanıb.

 

 

 

Diaspora