Miqrant təyyarənin şassisində Parisə uçarkən donub

Miqrant təyyarənin şassisində Parisə uçarkən donub backend

Əlcəzairin Oran şəhərindən Parisə uçan təyyarənin eniş şassisində şiddətli hipotermi xəstəsi olan kişi aşkar edilib.

Qaziler.az xəbər verir ki, o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Söhbət 20 yaşlarında olan bir gəncdən gedir. O, təyyarənin texniki yoxlanışı zamanı aşkar edilib. Agentlik qeyd edir ki, kommersiya reyslərinin uçduğu 12 kilometr yüksəklikdə temperatur 50 dərəcə şaxtaya çatır.

QAZİLER.AZ

Diaspora