Dekabrın 26-da Kirovda çoxuşaqlı ana iki yeni doğulmuş uşağını əl-üz yuyanda boğaraq öldürüb. Hadisədən sonra qadın xəstəxanaya düşüb.
Qaziler.az xəbər verir ki, məlumatı REN TV yayıb. Kanalın bildirdiyinə görə, qadın xəstəxanaya yerləşdirilib və süni nəfəs aparatına qoşulub.
Çoxuşaqlı ananın yaxın rəfiqəsi bildirib ki, o, yaxın dostunun körpə uşaqlara dayəlik etmək üçün zəngindən sonra Moskva küçəsində yerləşən evə gəlib. O gələrkən, uşaqlar yatmış olub. Bir müddət sonra kişi vanna otağında qadının qışqırdığını və suyun səsini eşidib. Ondan qapını açmasını istəyəndə, əl-üz yuyan lavobanın içərisində iki yeni doğulmuş körpənin öldüyünü görüb.
İlkin məlumata görə, Kirov sakini hamiləliyini yaxınlarından gizlədib. Ehtimallara görə, o, vanna otağında doğuşdan sonra yeni doğulmuş oğlan və qızı uşağını suda boğmaq qərarına gəlib. Qadın hazırda dörd uşaq böyüdür. İndi həmin uşaqlar boşanma ərəfində olduğu ərinə verilib.
Hadisədən sonra qadın xəstəxanaya aparılıb. O, süni nəfəs aparatında olduğu üçün hadisəni niyə törətdiyini izah edə bilmir. Hadisə dekabrın 26-da baş verib. Telekanalın məlumatına görə, Kirov İstintaq Komitəsi yeni doğulmuş uşaqların öldürülməsi maddəsi ilə cinayət işi açıb.
QAZİLER.AZ