Rusiyada Novosibirsk sakini yeni doğulmuş qızını divana tullayıb və uşaq bərkdən ağladığı üçün onu boğmağa başlayıb.
Qaziler.az xəbər verir ki, hadisə barədə REN TV məlumat yayıb. Telekanalın məlumatına görə, körpə komaya düşüb, 19 yaşlı valideyn isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
“Uşaq koma vəziyyətində şəhər xəstəxanasına yerləşdirilib”, - bəbərdə bildirilib.
Telekanalın məlumatına görə, dekabrın 23-də evdə ana körpənin ağlamasından qəzəblənərək onu boğmağa başlayıb. Uşağın göyərməyə başladığı görəndə ana qorxub və tez təcili yardım çağırıb.
Polis ananı saxlayıb və hadisəylə bağlı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin təfərrüatlarını müəyyən etmək üçün araşdırma aparır.
QAZİLER.AZ