Ukraynada miqrantlar həbçinin anasını öldürüb hissələrə bölüblər

Ukraynada miqrantlar həbçinin anasını öldürüb hissələrə bölüblər backend

“Mash” teleqram kanalı Ukraynada xüsusi əməliyyat zonasında oğlu hərbçi olan qadının miqrantlar tərəfindən öldürülməsi barədə məlumat yayıb.

Qaziler.az xəbər verir ki, telekanalın məlumatına görə, Mərkəzi Asiyadan gələn iki nəfər onu əvvəlcə öldürüb, sonra cəsədini parçalayıblar. Kanal hadisəyə başlıca səbəbin pul olduğunu göstərib.

Telekanalın məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin döyüşçüsü anasını görmək üçün məzuniyyətlə evə gəlib. Kanalın müəllifi qeyd edir ki, qadın ərindən boşanıb və Orta Asiyadan olan yeni tərəfdaşla mənzilə köçmək üçün oğlundan ipoteka üçün 450 min rubl ödəməsini istəyib.

Kanalın bildirdiyinə görə, hərbçi evə gəldikdən sonra anasının yeri barədə məlumatı olmayan qardaşı və atası tərəfindən qarşılanıb. Ailə polislə əlaqə saxlayıb, sonradan müəyyən edilib ki, dekabrın 22-də qadının yaşadığı blokdan iki şübhəli şəxs iri paketlərlə çıxıb və onları kanalizasiyaya atıb.

Öldürülən qadının sevgilisi 22 yaşlı Yuldoşboy Yu.-nun 27 yaşlı qardaşı Oxonjonla birlikdə belə bir addım atdığı iddia olunur.

QAZİLER.AZ

Diaspora