Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı kişi bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Albalılıq yaşayış massivi ərazisində 1987-ci il təvəllüdlü Elman Oqtay oğlu Xəlilov qarnın ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Bıçaqlanan şəxsin yaxınları bildiriblər ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıblar.