Altı yaşlı qızcığaz "yolka" işıqları ilə oynadıqdan sonra xəstəxanalıq olub

Altı yaşlı qızcığaz "yolka" işıqları ilə oynadıqdan sonra  xəstəxanalıq olub backend

Rusiyanın Tosno şəhərində altı yaşlı qız uşağı yeni il ağacını bəzəyən işıqlarla oynadıqdan sonra xəstəxanaya yerləşdirilib.

Qaziler.az bildirir ki, məlumatı “78.ru” yayıb.

Nəşrin məlumatına görə, uşaq elektrik cərəyanı vurması və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qəza dekabrın 24-ü axşam saatlarında baş verib. Uşaq bəzəkli işıqların yandırılıb-söndürülən hissəsi ilə oynayıb, sonra yüksək səslə qışqırıb və anası qışqırığa gəlib. Hazırda zərərçəkmiş həkimlərin nəzarəti altındadır, ona nənəsi baxır, anası isə digər körpəsi ilə evdədir.

Ana bəzəkli işıqların həmin hissəsində nasazlığın olduğunu düşünür. Baş verən hadisədən sonra qadın bir daha elektrik işıqları almayacağına qərar verib.

QAZİLER.AZ

Diaspora