Müğənni Dəniz Əsədovanın şikayəti ilə məsuliyyətə cəlb edilən Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Səbinə Məmmədzadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələki müəyyən edilməyib.
İstintaq dövründə baş həkimə qarşı külli miqdarda rüşvət alma maddəsi ilə də ittiham verilib. Bu ittihamın mahiyyəti məhkəmə baxışı zamanı məlum olacaq.
İş üzrə Səhiyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Dəniz Əsədova zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, Rauf İsfəndiyarov bu ilin fevralında həbs edilib. Amma o, bir neçə ay sonra ev dustaqlığına buraxılıb. /Teleqraf.com