Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
QAZİLER.AZ APA-ya istinadən verdiyi məlumata görə, hadisə Lənkəran rayonunun Təngivan kəndində qeydə alınıb.
2007-ci il təvəllüdlü Valeh Asif oğlu Əliyev bibisi qızı 2003-cü il təvəllüdlü Sevgi Etibar qızı Əzimovanı bıçaqlayıb.
Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona qarın divarının yarası diaqnozu qoyub və ilkin tibbi yardım göstəriblər. Sevgi Əzimova cərrahiyyə şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, yaxın qohumlar bir həyətdə yaşayırlar. Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.
Faktla bağlı araşdırma davam etdirilir