Xocavənddə pompa maşını aşdı, ölən var - FOTO

Xocavənddə pompa maşını aşdı, ölən var - FOTO backend

Şuşa yolunda ölümlə nəticələnən yol qəzası olub.

QAZILER.AZ. Lent.az-a istinaden verdiyi məlumatına görə, hadisə ötən gün saat 20 radələrində Xocavənd rayonu Böyük Tağlar kəndində qeydə alınıb. Neftçala rayon sakini 45 yaşlı Rahil Ağayevin idarə etdiyi "DAF" markalı beton tökən (pompa) maşını aşıb. Nəticədə onun sərnişini Biləsuvar rayon sakini 47 yaşlı Elçin Nəzərov yerindəcə keçinib. Sürücü isə yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb istintaq aparılır.

Diaspora