Azərbaycanın Prezident təqaüdçüsü vəfat etdi

Azərbaycanın Prezident təqaüdçüsü vəfat etdi backend

Heydər Əliyev Sarayının keçmiş baş rejissoru, Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Gülçöhrə Şəfiyeva vəfat edib.

QAZİLER.AZ  Publika.az-a istinadən  xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, G.Şəfiyeva bu gün 74 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, G.Şəfiyeva 1949-cu ildə Bakı şəhərində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Uzun illər Mədəniyyət Nazirliyi mərkəzi aparatında müxtəlif vəzifələrdə çalışıb. Həmçinin Heydər Əliyev Sarayının baş rejissoru kimi fəaliyyət göstərib.