Permdə xüsusi "banda" 1-ci sinif şagirdlərini tualetdə döyüb

Permdə xüsusi "banda" 1-ci sinif şagirdlərini tualetdə döyüb backend

Permdə yerli məktəblərdən birinin 4-cü sinf şagirdləri 1--ci sinif şagirdlərini tualetdə döyüb.

Qaziler.az-ın məlumatına görə, hadisə haqqında “Vkontakte” sosial şəbəkəsində “Bad News Perm” məlumat yayıb.

Polis xəsarət alan uşaqların valideynlərinin sosial şəbəkələrdə yaydıqları paylaşımdan sonra araşdırmalara başlayıb.

Məlumatda qeyd edilib ki, “tualet bandası” üç nəfərdən ibarət olub. Xəsarət alan oğlanlardan birinin valideyni bildirib ki, övladının sinəsinə və qarnına təpik zərbələri endirilib. Məktəbin direktor müavini tualetin yanındakı kameralar işləmədiyi üçün hücum edənlərin kimliklərini tanıya bilmədiklərini deyib.

Birinci sinif şagirdinin atası Təhsil Şöbəsinə şikayət edib. Atanın sözlərinə görə, ona məktəb rəhbərliyi ilə əlaqə saxlamaq, uşağa isə tənəffüs zamanı tualetə getməmək tövsiyə edilib. Nəşrin yazdığına görə daha sonra həmin şəxs hüquq-mühafizə orqanlarına gedərək ərizə yazıb.

QAZİLER.AZ

Diaspora