Kişi 14 yaşlı oğlunu dişləyərək xəstəxanalıq etdi

Kişi 14 yaşlı oğlunu dişləyərək xəstəxanalıq etdi backend

Sankt-Peterburqda yerli sakin öz 14 yaşlı oğlunu həyat yoldaşının gözü qarşısında döyərək dişləyib.

Qaziler.az bildirir ki, bu haqda məlumatı “78.ru” yayıb. Hadisə Komsomolskaya küçəsində yerləşən mənzildə baş verib.

Hadisə yerinə təcili tibbi yardım həkimləri gedib, xəsarət alan yeniyetmə xəstəxananın neyrocərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Həkimlər uşağa kəllə-beyin travması diaqnozu qoyublar. Atasının aqressiv davranışının səbəbi məlum deyil. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

Nəşr yazır ki, ata dekabrın 19-na keçən gecə uşağa hücum edib. Kişi uşağı döyməyə və qarnından bərk dişləməyə başlayıb.

QAZİLER.AZ

Diaspora