İranın məhkəmə sistemi şənbə günü İsrail kəşfiyyat xidməti “Mossad”a casusluq etməkdə təqsirli bilinən şəxsi edam edib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Cənub-şərqdəki Sistan və Bəlucistan əyalətində asılan müttəhim xarici casus agentlikləri, o cümlədən İsrail “Mossad”ı ilə əlaqədə günahkar bilinib.
İran mediası yazır ki, edam edilən şəxs vasitəçilər vasitəsilə məxfi məlumatların toplanması və “Mossad”a ötürülməsi ilə məşğul olub.