Dekabrın 15-də axşam saatlarında İrəvanda atışma baş verib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, Ermənistan DİN saat 21:50 radələrində 3 nəfərin güllə yarası isə paytaxt xəstəxanalarından birinə yerləşdirildiyini açıqlayıb.
Yaralananlar 37 yaşlı Serob G., 63 yaşlı Samvel G. və 38 yaşlı Ovannes G.-dir. Onların vəziyyətinin ağır olduğu və hadisənin başvermə səbəbini danışmaq imkanında olmadıqları bildirilir.
Qeyd edək ki, 44 günlük savaş zamanı Ermənistan vətəndaşlarına kütləvi surətdə silah paylamış və bunu özünümüdafiə ilə əlaqələndirmişdi. Hələ o zaman ekspertlər bunun fəsadları olacağını bildirirdi. Ermənistanda silahlı münaqişələr vaxtaşırı olaraq baş verir.