Türk Xəbər Agentlikləri Alyansı Anadolu Agentliyinin əməkdaşının Qəzzada həlak olması ilə bağlı açıqlama yayıb

Türk Xəbər Agentlikləri Alyansı Anadolu Agentliyinin əməkdaşının Qəzzada həlak olması ilə bağlı açıqlama yayıb backend

Türk Xəbər Agentlikləri Alyansı Anadolu Agentliyinin fotomüxbiri Montaser Əl-Savafın Qəzza bölgəsində peşə borcunu yerinə yetirərkən həlak olmasını qınayır və jurnalistlərin təhlükəsizliyinin təmin edilməsinə çağırır.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Alyansın Baş katibliyi açıqlama yayıb.

Bildirilib ki, jurnalist öz peşəsini istər asan, istərsə də çətin şəraitdə yerinə yetirir, çünki bu, onun cəmiyyət qarşısında borcudur. Bu səbəbdən harada olmasından asılı olmayaraq, jurnalistlərin həyatına qəsd edilməsi qəbulolunmazdır.

“Qəzza bölgəsində media nümayəndələrinin həlak olması bizi dərindən sarsıdır. Onların münaqişə zonasında təhlükəsizliyinin təmin edilməsini mütləq bir şərt hesab edirik. Alyans Anadolu Agentliyinə əməkdaşının həlak olması ilə bağlı başsağlığı verir, dərdinə şərik olduğunu bildirir”, - deyə açıqlamada qeyd olunub.

 

 

 

 

Diaspora