Rusiyada yeniyetmə yoğun bağırsağın yırtılmasından ölüb

Rusiyada yeniyetmə yoğun bağırsağın yırtılmasından ölüb backend

Rusiyanın Vladivostok şəhərində yeniyetmə oğlan yoğun bağırsağın yırtılmasından dünyasını dəyişib.

Qaziler.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Kanalında yazdığına görə, səkkizinci sinif şagirdinin anası bədbəxt hadisənin oğlunun kimçi yedikdən sonra baş verdiyini iddia edib.

Qeyd olunur ki, 14 yaşlı Andrey dekabrın 7-də dünyasını dəyişib. Qadın hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirib ki, bir neçə gün əvvəl oğlu ənənəvi Koreya yeməyi kimçi yeyib və bundan sonra mədə ağrısından şikayət etməyə başlayıb, sonra isə ölüb. Lakin müayinə göstərib ki, yeniyetmə qarın nahiyəsinin küt travması zamanı yoğun bağırsağın yırtılması nəticəsində dünyasını dəyişib. İndi müstəntiqlər işi ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə araşdırır.

QAZİLER.AZ

Diaspora