Ağdaş rayonunda yeniyetmə qız intihara cəhd edib.
13 yaşlı qız bu əməli sosial şəbəkə hesabında canlı yayım etməklə törədib.
Buna səbəb onun şəkillərinin başqa şəxslər tərəfindən yayılmasının olması iddia edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, Ağdaş şəhər sakini H.Musayeva dünən polisə müraciət edərək yeniyetmə qızının fotoşəkillərinin naməlum şəxs və yaxud şəxslər tərəfindən başqa hesablarda paylaşılması barədə məlumat verib:
“Müraciət edən qadının izahatı alınıb və hazırda həmin məsələ, eləcə də səsləndirilən digər iddialar araşdırılır”.