Şamaxıda BMW aşıb, bir ailənin üç üzvü həlak olub - FOTO

Şamaxıda BMW aşıb, bir ailənin üç üzvü həlak olub -  FOTO backend

Şamaxıda avtomobilin aşması nəticəsində üç nəfər həlak olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti (DİN) məlumat yayıb.

Bildirilib ki, hadisə dekabrın beşində saat 17 radələrində Şamaxı rayonunun Göylər kəndi ərazisində baş verib.

BMW markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində avtomobildə olan sürücü və sərnişinlər, Ağsu rayon sakinləri - 1965-ci il təvəllüdlü Xaləddin Fərhad oğlu Mətiyev, 1970-ci il təvəllüdlü Sadiq Fərhad oğlu Mətiyev və 1994-cü il təvəllüdlü Tural Xaləddin oğlu Fərhadzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Diaspora