Parisin mərkəzi küçələrindən birində bıçaq və çəkiclə hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
QAZİLER.AZ Publika.az -a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Fransanın daxili işlər naziri Gerald Darmanin bildirib ki, şübhəli şəxs Eyfel qülləsi yaxınlığında yerləşən Quai Grenelle bölgəsində turistlərə hücum edib.
O əlavə edib ki, təhlükəsizlik xidməti 26 yaşlı Fransa vətəndaşını həbs edib.
Şübhəli turistlərə yaxınlaşaraq Almaniya vətəndaşını ölümcül yaralayıb.
Daha sonra kişi polis tərəfindən təqib edilib, daha iki nəfərə çəkiclə hücum edib. Zərərçəkənlərə təcili tibbi yardım göstərilib.
Darmanen bildirib ki, şübhəli şəxs "Allahu Əkbər" qışqırıb və daha sonra polisə "Əfqanıstan və Fələstində çoxlu müsəlman ölür" deyib.
Nazir şübhəlinin 2016-cı ildə terror aktı planlaşdırdığına görə 4 il həbs cəzasına məhkum edildiyini və Fransa təhlükəsizlik orqanlarının nəzarəti siyahısında olduğunu bildirib.
Şübhəlinin psixi pozğunluqdan əziyyət çəkdiyi də məlum olub.