"Kanal 13"ün aparıcısı Rüfət Muradlı həbs edilib.
QAZİLER.AZ Lent.az-a istibadən xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilib.
Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində 30 günlük inzibati həbs qərarı seçilib.
****
"Kanal 13" internet kanalının aparıcı Rüfət Muradlı saxlanılıb.
Bildirilir ki, R. Muradlı Xətai rayon Məhkəməsinə aparılıb.