Məktəblinin bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı DİN-dən AÇIQLAMA

Məktəblinin bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı DİN-dən  AÇIQLAMA backend

Daxili İşlər Nazirliyi (DİN) Zərdab rayonunda şagirdin bədbəxt hadisə nəticəsində vəfat etməsi barədə açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  bildirib ki, qeyd edilən hadisə səhər saatlarında rayonun Əlvənd kəndi ərazisində baş verib:

“T.Feyzullayev idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman məktəblini vurub. Məktəbli xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Zərdab RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır”.

14:24

Zərdab rayonunda şagird bədbəxt hadisə nəticəsində vəfat edib. 

Oxu.Az-ın məlumatına görə, bu gün Nuray Zülfüqarlı məktəbə gedən zaman onu avtomobil vurub. 

O, hadisə yerində vəfat edib. 

Faktla bağlı araşdırma aparılır. 

N.Zülfüqarlı Əlvənd kənd tam orta məktəbinin ikinci sinif şagirdi olub.

 

Diaspora